Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

26.08.2026 Off By Füzuli İsmayılov

Avropa üzərində qəza siqnalı göndərən ABŞ-a məxsus “Boeing C-17A Globemaster III” hərbi nəqliyyat təyyarəsi Almaniyaya eniş edib.

Hakimiyyet.info.az “Flightradar24” məlumatlarına istinadla xəbər verir ki, təyyarənin qalxdığı yerə – Almaniyanın Spangdahlem Hava limanına eniş etdiyi bildirilir.

Təyyarə göyərtədə fövqəladə hal baş verdikdə təyin edilən “Squawk 7700” təcili yardım kodunu göndərib. Bu siqnal adətən qaçılmaz fəlakət təhlükəsi ilə əlaqələndirilir.

Qeyd edək ki, Amerika hərbi nəqliyyat təyyarəsi Avropa üzərində qəza siqnalı verib. Təyyarə Almaniya aviabazasından havaya qalxıb və Egey dənizi üzərindən geri dönüb.

Share