Biləsuvarda yük avtomobili kanala aşıb

Biləsuvarda yük avtomobili kanala aşıb

26.08.2026 Off By Füzuli İsmayılov

Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayon sakininin idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq kanala aşıb.

Hadisəyə təkərin partlaması səbəb olub.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share