Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb
26.08.2026Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 26-da Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili ilə “Hyundai” markalı minik maşını toqquşub.
Qəza zamanı minik maşınında olan sərnişin, 64 yaşlı Fəridə İsmayılova hadisə yerində ölüb. Onun həyat yoldaşı olan maşının sürücüsü, 64 yaşlı Möhübbət Quliyev Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən şəxslər Abşeron rayonunun Masazır qəsəbəsinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.











