Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

27.08.2026 Off By Füzuli İsmayılov

Çinin Nepal ilə sərhədində yerləşən “Girong” sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 558 nəfər itkin düşüb.

Hakimiyyet.info.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, itkin düşənlər arasında 260 əcnəbi vətəndaş da var.

Çinin “Sinxua” agentliyinin məlumatına əsasən, torpaq sürüşməsi avqustun 26-da saat 10:30 radələrində sərhədin Nepal tərəfində baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub.

Hazırda itkin düşənlərin axtarışı və xilasetmə işləri davam etdirilir.

Share