Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

27.08.2026 Off By Füzuli İsmayılov

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə – kokain aşkar olunub.

Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə – qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Share