Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

28.08.2026 Off By Füzuli İsmayılov

Qazaxıstanın Almatı şəhərində “FlyArystan” aviaşirkətinə məxsus təyyarədə planlı texniki işlər aparılarkən göyərtədə yanğın baş verib və nəticədə 1 əməkdaş xəsarət alıb.

Hakimiyyet.info.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, yanğın hava limanının operativ xidmətləri tərəfindən dərhal söndürülüb.

“Air Astana” qrupunun əməkdaşı xəsarət alıb, ona tibbi yardım göstərilib və bundan sonra xəstəxanadan buraxılıb. Hadisə baş verən zaman hava gəmisinin göyərtəsində sərnişin və ekipaj üzvləri olmayıb”, – deyə məlumatda bildirilib.

Təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Share