Norveç kralı vəfat edib

Norveç kralı vəfat edib

28.08.2026 Off By Füzuli İsmayılov

Norveç kralı V Harald 89 yaşında vəfat edib.

Hakimiyyet.info.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə kral dəftərxanası məlumat yayıb.

“Kral V Harald vəfat edib. Dərin kədərlə əlahəzrət Kral Haraldın bu gün vəfat etdiyini bildiririk”, – deyə məlumatda qeyd olunub.

Norveç kralı V Harald avqustun 17-də infeksiya və hemolitik anemiyanın fəsadları səbəbindən xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan o, tibb müəssisəsini tərk etməyib.

Qlüksburqlar sülaləsindən olan kral 1991-ci ildən taxtda idi. Taxt irsən onun 53 yaşlı oğlu Hokona keçəcək.

Share