Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb
28.08.2026Cənubi Koreyanın milli birlik naziri Çunq Donq-Yonq Şimali Koreyanın nüvə potensialını son 30 ildə 100 min dəfə artırdığını bildirib.
Hakimiyyet.info.az Yonhap agentliyinə istinadla xəbər verir ki, nazir bunu Seulda keçirilən Qlobal Koreya Forumunda çıxışı zamanı deyib.
O, nüvə potensialının inkişafını davam etdirən Şimali Koreyanın 1992-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin 90 qram plutoniuma sahib olduğunu yada salaraq, ötən həftə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Şimali Koreyanın 57 nüvə silahına malik olması barədə fikrini vurğulayıb.
Çunq Donq-Yonq Cənubi Koreya hökumətinin ABŞ-Şimali Koreya dialoqunun həyata keçirilməsinə kömək etməyə hazır olduğunu deyib. O, Seulun Koreya yarımadasında qeyri-sabit atəşkəs sistemindən sülh rejimi qurmaq üçün Cənubi və Şimali Koreya, ABŞ və Çin arasında dördtərəfli dialoqa nail olmaq üçün bütün səylərini göstərməli olduğunu söyləyib.











