NƏ QARPIZ BİLİR MƏNASINI, NƏ BARMAQ SAHİBİ…
29.08.2026Şərq fəlsəfəsinin böyük ustadları “qəflət yuxusu”ndan bəhsinə QARPIZ BİLİR MƏNASINI, NƏ BARMAQ SAHİBİ…
Şərq fəlsəfəsinin böyük ustadları “qəflət yuxusu”ndan bəhs edərkən bəlkə də gələcəkdə qarpızla mübarizə aparacaq bir nəsli nəzərdə tutmurdular. Amma bu gün sosial şəbəkə adlanan virtual bostanda baş verənlər, təəssüf ki, cəhalətin şəkil dəyişmiş formasıdır. İndi əlinə kamera alan hər kəs barmağını bir nizə tək hazırlayıb qarpızın üzərinə yerüyür. Zərbə endirilir, qarpız dəşilir, zəhmət tapdalanır və bütün bu komediya “kontent” adı altında kütləyə təqdim olunur.
Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında millətin lazımsız, mənası olmayan vərdişlərini, formadan formaya girən nadanlığını qamçılayarkən yazırdı:
”Əgər görsəniz ki, bir kəs özünü gülünc hala salır və bundan bir ləzzət alır, bilin ki, orada ağıldan ziyadə bir boşluq vardır.”
Bəli, tam da bu günün qarpız “qəhrəmanları” üçün deyilmiş bir diaqnoz! Bir giləmeyvəyə barmaq atıb onu deşməyi özünə nailiyyət bilən, bununla fəxr edib baxış sayı toplamağa çalışan təfəkkür Mirzə Ələkbər Sabirin acı təbəssümündən başqa nəyə layiqdir ki? Sabir bu tiplərin daxili aləmini sanki yüz il əvvəldən belə xarakterizə edirdi:
”Görmədim dünyada bir arif ki, qəmsiz olsun,
Xəlqi-aləm cümlə nadandır, xəbərsizdir məgər?”
Məhsula Təcavüz, Yoxsa İntellektual Tənəzzül?
Məsələ yalnız bir meyvənin zədələnməsində deyil. Məsələ, faydalı bir qidanı sınaq alətinə, güc nümayişinə çevirən kütləvi psixologiyadadır. Bostançının aylarla çəkdiyi zəhmət, torpağın bərəkəti bir neçə saniyəlik “videoda fərqli görünmək” həvəsinə qurban verilir. Barmağı ilə qarpızı deşən gənc, əslində öz intellektual dayazlığını, estetik zövqsüzlüyünü deşib ortaya qoyur.
Əziz “trend” izləyiciləri və barmaq əzələsi ilə fəxr edənlər! Qarpız — fiziki gücünüzü nümayiş etdirəcəyiniz boks armudu deyil. O, süfrəyə bərəkət, istidə sərinlik gətirən bir nemətdir.
Dəyanət Kərimli
Azərbaycan Jurnalistlər Birliyinin
(AJB) üzvü











