Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

29.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 28-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silah, 6 tüfəng, 2 patron darağı və 69 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Share