Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

29.08.2026 Off By Füzuli İsmayılov

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Köhnə Yaşayış Massivi adlanan ərazisində “Hyundai” markalı yük maşını və “Xəzər” markalı minik avtomobil toqquşub.

Hadisə zamanı 1 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share