Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

30.08.2026 Off By Füzuli İsmayılov

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə siyasi səviyyədə danışıqları bərpa etməli olduğunu bildirib.

Hakimiyyet.info.az xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

Aleksandr Stubb deyib ki, Avropa ölkələri Rusiya ilə əlaqə saxlamağa çalışmalıdır. “Avropada kimsə Rusiya ilə dialoqu yeniləməlidir. Biz bir-birimizlə siyasi səviyyədə danışmalıyıq”, – deyə o vurğulayıb.

Finlandiya Prezidenti Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin Moskvaya səfərini də alqışlayıb. O, eyni zamanda, amerikalıların və rusların müxtəlif formatlarda əlaqə saxlamalarını düzgün hesab edib.

Share