Çexiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Çexiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

30.08.2026 Off By Füzuli İsmayılov

Çexiyanın Semili bölgəsinin Vşen inzibati ərazisindəki hava limanından havaya qalxan yüngül mühərrikli 10 saniyə sonra qəzaya uğrayıb.

Hakimiyyet.info.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə şənbə günü yerli vaxtla saat 19 radələrində baş verib. Qəzadan sonra təyyarə alovlanıb. Pilot hadisə yerində ölüb.

Polisin sözçüsü İvana Balakova bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb, qəzanın səbəbləri araşdırılır.

Share