SEPAH: Larak adasına hücum cavabsız qalmayacaq

SEPAH: Larak adasına hücum cavabsız qalmayacaq

31.08.2026 Off By Füzuli İsmayılov

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Larak adasına hücuma görə ABŞ-dən qisas alacağına söz verib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda deyilir: “Larak adasına hücum nəticəsində bir neçə döyüşçümüz, həmvətənimiz həlak olub və yaralanıb. Bu hərəkətə cavab veriləcək və təcavüzkar cəzalandırılacaq”.

Qeyd edək ki, ABŞ qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini vurub.

Share