Lö Pen prezident seçilərsə, Fransada hicabla bağlı qadağalar tətbiq olunacaq

Lö Pen prezident seçilərsə, Fransada hicabla bağlı qadağalar tətbiq olunacaq

31.08.2026 Off By Füzuli İsmayılov

Fransanın Milli Birlik (RN) partiyası hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicabla bağlı cərimə sanksiyasının tətbiqini planlaşdırır.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə partiyanın prezidentliyə namizədi Marin Lö Penin əsas tərəfdarlarından olan deputat Jan-Filip Tangi açıqlama verib.

O BFMTV telekanalına açıqlamasında RN-nin islamçı ideologiyaya qarşı mübarizə aparacağını və hicab örtənlərinin cəzalandırılacağını bildirib.

Deputatın sözlərinə görə, bu addım, həmçinin hicab örtməyə məcbur edilən və bu azadlıq uğrunda həyatını itirən qadınlarla həmrəyliyin ifadəsi olacaq.

Share