Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarına müraciət edib

Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarına müraciət edib

31.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkət iştirakçılarına müraciət edib.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, agentlik vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə aşağıdakı ünvanlarda təmir işləri aparır:

– Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;

– Xəzər rayonu, Türkan–Hövsan şosesi;

– Suraxanı rayonu, Elzar Yusubov küçəsi;

– Binəqədi rayonu, Elçin Əzizov küçəsi.

Sentyabrın 1-i saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Share