İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib

İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib

31.08.2026 Off By Füzuli İsmayılov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 31-də İsmayıllıda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, müalicə və əlilliyin təyin edilməsinə köməklik göstərilməsi, həmçinin digər mövzular yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Share