BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsinin təlim sessiyaları

31.08.2026 Off By Füzuli İsmayılov

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkətinin birgə təşkilatçılığı ilə “GeoCamp” tələbə yay düşərgəsi təşkil olunub. BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech”, “CQA International Ltd”, “AT-Geotech”, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə reallaşan düşərgə çərçivəsində tələbələr üçün müxtəlif mövzularda təlim sessiyaları təşkil edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın geoloji sərvətləri: Potensial və mövcud imkanlar” adlı panel müzakirədə “AzGeo” müəssisəsinin nümayəndəsi Ağamahmud Səmədov, “AA” MMC-nin nümayəndəsi Zaur Abdullayev, AIMC şirkətinin mütəxəssisi Xanoğlan Əlirzayev, “ATGeotex” şirkətinin nümayəndəsi Nicat Hacıyev və AIMC-nin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov çıxış ediblər. Mütəxəssislər şimal regionunun faydalı qazıntı potensialı, inzibati rayonlar üzrə yataqların paylanması dinamikası və metallogenik xüsusiyyətlərinə dair geniş elmi-analitik məlumat təqdim ediblər.

Təlimlər zamanı geologiya və geoloji-kəşfiyyat sahəsində müasir yanaşmalar, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi, qazma işlərinin metodoloji xüsusiyyətləri, müasir cihaz və avadanlıqdan istifadə, habelə mədənçıxarma fəaliyyətindən sonra ərazilərin rekultivasiyası və reabilitasiyası məsələlərinə diqqət yetirilib. Çıxışlarda geositlərin öyrənilməsi və geoturizm potensialının qiymətləndirilməsi, ölkə geologiyasında əldə olunan nailiyyətlər, geoloji-kəşfiyyat işlərinin avtomatlaşdırılması və texniki təhlükəsizlik, həmçinin ekoloji idarəetmənin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Share