ANAMA: Ötən ay 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

ANAMA: Ötən ay 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

01.09.2026 Off By Füzuli İsmayılov

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən avqustda icra edilən əməliyyatlara dair məlumatı açıqlanıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində piyadaəleyhinə 514, tankəleyhinə 121 mina və 2724 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Avqust ayında ümumilikdə 7 min 568,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Share