Bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir

Bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir

01.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Share