Nyu-Yorkda insident: 2 ölü, 1 yaralı
01.09.2026Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin mərkəzindəki Times meydanında qadının bıçaqla hücum etməsi nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb.
Hakimiyyet.info.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, hücumdan sonra qadın polislərin təslim olmaq barədə əmrinə məhəl qoymayıb və onlara tərəf qaçıb. Bundan sonra polislər ona atəş açıblar və nəticədə qadın ölüb.
Zərərçəkənin sağlamlıq vəziyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.











