Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub

01.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Keniyanın Nayrobi şəhərindəki Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin (International Peace Support Training Centre – IPSTC) direktoru Çarlz Lenjo Mvaziqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan ilə Keniya arasında humanitar minatəmizləmə sahəsində ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi, təlim potensialının gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində müasir və innovativ yanaşmaların tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Share