ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

04.09.2026 Off By Füzuli İsmayılov

ABŞ hərbi qüvvələri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edilən gəmini ələ keçirərək məhv edib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, əməliyyat Ekvador hakimiyyəti ilə koordinasiya şəraitində həyata keçirilib. Gəminin “Los Choneros” narkotik kartelinin maraqları naminə istifadə edildiyi müəyyənləşdirilib.

Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib. Axtarış başa çatdıqdan sonra gəmi ABŞ qüvvələri tərəfindən batırılıb.

Share