İranda yanacaq daşıyan maşınının partlaması nəticəsində 10 nəfər ölüb

İranda yanacaq daşıyan maşınının partlaması nəticəsində 10 nəfər ölüb

05.09.2026 Off By Füzuli İsmayılov

İranın qərbində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində 10 nəfər həlak olub.

Hakimiyyet.info.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Həmədan-Sənəndəc avtomobil yolunda baş verib.

Sənəndəc şəhərinin qubernatorunun sözlərinə görə, yük maşını əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib. Qəza nəticəsində yanacaq daşıyan maşında güclü yanğın baş verib və daha sonra partlayış qeydə alınıb.

Bildirilib ki, yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində daha 6 nəfər xəsarət alıb.

Share