Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb

07.09.2026 Off By Füzuli İsmayılov

Göyçayda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

İlkin məlumata görə, ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisənin dəqiq təfərrüatları və körpənin ölüm səbəbi araşdırmadan sonra məlum olacaq.

Share