İran XİN ABŞ-ni Hörmüz boğazında vəziyyəti gərginləşdirməkdə ittiham edib

İran XİN ABŞ-ni Hörmüz boğazında vəziyyəti gərginləşdirməkdə ittiham edib

07.09.2026 Off By Füzuli İsmayılov

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Hörmüz boğazında vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Hakimiyyet.info.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədəki paylaşımında Vaşinqtonun bölgədə yaratdığı qeyri-sabitliyə görə Tehranın məsuliyyət daşıdığını göstərməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, ABŞ müharibəyə başlayıb, lakin yaranmış vəziyyətin nəticələrinə görə bütün dünyanı məsuliyyət daşımağa məcbur etmək istəyir.

Bəqayi qeyd edib ki, Hörmüz boğazı fevralın 28-dək açıq olub və burada gəmiçilik yalnız regionda münaqişənin başlamasından sonra dayandırılıb.

Share