Külli miqdarda narkotik vasitənin Suriyadan İordaniyaya keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin Suriyadan İordaniyaya keçirilməsinin qarşısı alınıb

07.09.2026 Off By Füzuli İsmayılov

Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin Suveyda vilayətində keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin İordaniyaya qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Hakimiyyet.info.az SANA xəbər agentliyinə istinadla bildirir ki, narkotik vasitələrin İordaniyaya idarə olunan hava şarları vasitəsilə göndərilməsi planlaşdırılıbmış.

Əməliyyat zamanı 44 kiloqram narkotik tərkibli həşiş, 218 min kaptaqon həbi, həmçinin GPS cihazları aşkarlanaraq müsadirə edilib.

Sentyabrın 3-də Suriyanın Hələb vilayətində Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında iştirak edən 2 şəxsi də saxlayıb. Onların üzərindən 82 kiloqram kaptaqon həbi aşkar edilərək götürülüb.

Share