Media: Yəməndə husilər qaçqın düşərgəsinə ballistik raket zərbəsi endiriblər
08.09.2026Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının tərəfdarları Marib əyalətinin şimalında məcburi köçkünlərin yerləşdiyi düşərgəyə ballistik raket zərbəsi endiriblər.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və yaralananlar var. Zərərçəkənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən gərginləşib.











