Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

08.09.2026 Off By Füzuli İsmayılov

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2025-ci il üzrə nəticələri açıqlanıb. Ümumilikdə 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Türkiyə təbiət elmləri, oxu bacarıqları və riyaziyyat üzrə göstəricilərini ən çox yüksəldən ölkə olub.

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə 2022-ci illə müqayisədə hər üç sahədə daha yüksək nəticə göstərib. Ölkənin sıralaması təbiət elmlərində 15, oxu bacarıqlarında 18, riyaziyyatda isə 11 pillə yüksəlib.

2003-cü illə müqayisədə Türkiyənin təbiət elmləri üzrə balı 434-dən 494-ə, oxu bacarıqları üzrə 441-dən 472-yə, riyaziyyat üzrə isə 423-dən 462-yə yüksəlib.

Türkiyə OECD ölkələri arasında da əhəmiyyətli irəliləyiş göstərib. Ölkə təbiət elmlərində 14-cü, oxu bacarıqlarında 13-cü, riyaziyyatda isə 23-cü yerdə qərarlaşıb. Həmçinin Türkiyə son 10 ildə hər üç sahə üzrə nəticələrini yaxşılaşdıran yeganə OECD ölkəsi olub.

Share