Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib
08.09.2026Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən AİH-in Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.











