Zərdabda minik avtomobili traktorla toqquşub, 5 nəfər ölüb 

Zərdabda minik avtomobili traktorla toqquşub, 5 nəfər ölüb 

09.09.2026 Off By Füzuli İsmayılov

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobili traktorla toqquşub. Toqquşmadan sonra minik avtomobilində yanğın baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatları araşdırılır.

Share