NİİM-dən sürücülərə müraciət: Qəzaların baş verməməsi həm də sizdən asılıdır 

NİİM-dən sürücülərə müraciət: Qəzaların baş verməməsi həm də sizdən asılıdır 

10.09.2026 Off By Füzuli İsmayılov

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 3 qayda əks olunub.

Bunlar aşağıdakılardır:

– Piyada keçidlərinə yaxınlaşdıqda keçidlərin olduğu nişanlara diqqət yetirilməlidir;

– Sürət həddi azaldılmalı, sərt əyləcdən istifadə edilməməlidir;

– Təhlükəsiz ara məsafəsi saxlanılmalıdır.

“Bu qaydalara əməl etmədikdə yol-nəqliyyat hadisəsi baş verəcək. Qəzaların baş verməməsi həm də sizdən asılıdır”, – deyə müraciətdə vurğulanıb.

Share