Azərbaycanlı professor Corc Vaşinqton Universitetinin prorektoru təyin edilib
10.09.2026ABŞ-də yaşayan azərbaycanlı professor Sevinc Məmmədova Corc Vaşinqton Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsində fəaliyyətini davam etdirəcəyini AZƏRTAC-a təsdiqləyib. “Karyeramın yeni mərhələsinə qədəm qoyduğum üçün çox həyəcanlıyam. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram və qarşıda məni gözləyənlər üçün çox sevincliyəm”, – deyə Sevinc Məmmədova bildirib.
Qeyd edək ki, Sevinc Məmmədova bundan əvvəl Corc Vaşinqton Universitetində dekan müavini vəzifəsində çalışıb. O, həmçinin universitetin təhsil siyasəti üzrə professorudur və Dünya Bankının təhsil sahəsində fəaliyyət göstərən qlobal ekspert qruplarının müxtəlif layihələrində iştirak edir.











