BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

10.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 10-da BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.

Hakimiyyet.info.az Təhlükəsizlik Şurasının saytındakı məlumata istinadla xəbər verir ki, iclasın keçirilməsi təşəbbüsü Yəmən məsələsi üzrə Təhlükəsizlik Şurasının məruzəçisi olan Böyük Britaniya və Bəhreyn tərəfindən irəli sürülüb. Buna səbəb husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi son hücumlardır.

İclasda BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqin çıxışı gözlənilir. Səudiyyə Ərəbistanı və Yəmənin isə Təhlükəsizlik Şurasının müvəqqəti prosedur qaydalarının 37-ci maddəsinə əsasən iclasda iştirak edəcəyi bildirilir.

Share