Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
11.09.2026Kanada və Ukrayna 100 illik tərəfdaşlıq, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında bəyannamə imzalayıb.
Hakimiyyet.info.az xəbər verir ki, sənədlər Kanadanın Baş naziri Mark Karni və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Kalqaridə imzalanıb.
100 illik tərəfdaşlıq bəyannaməsi gələcəkdə müvafiq müqavilənin hazırlanmasını, müdafiə sahəsindəki sənəd isə birgə layihələrin və müdafiə istehsalının lokallaşdırılmasının həyata keçirilməsini nəzərdə tutur.
Tərəflər, həmçinin, enerji əməkdaşlığı barədə birgə bəyanat imzalayıblar. Sənəd Kanadadan Ukraynaya mayeləşdirilmiş təbii qaz tədarükünün asanlaşdırılmasını nəzərdə tutur.











