Türkiyədə məktəblərə hücumlar planlaşdıran mütəşəkkil cinayətkar dəstə ifşa edilib

Türkiyədə məktəblərə hücumlar planlaşdıran mütəşəkkil cinayətkar dəstə ifşa edilib

11.09.2026 Off By Füzuli İsmayılov

Türkiyənin Daxili İşlər Nazirliyi tədris ilinin ilk günü – sentyabrın 14-də ölkənin üç vilayətində məktəblərə hücumlar planlaşdıran C31K mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinin saxlanılması məqsədilə genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, 22 vilayətdə axtarışda olan 32 nəfərdən 27-si saxlanılıb. Onlardan 19-u müxtəlif hüquq pozuntuları ilə bağlı araşdırmalarda artıq adı keçən yetkinlik yaşına çatmayan şəxslərdir.

Prokurorluğun məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin üzvləri “Telegram”, “Discord”, “X” və “YouTube” platformalarında fəal ünsiyyət qurub, o cümlədən əxlaqsız videolar, habelə milli və mənəvi dəyərləri təhqir edən məzmunlar, o cümlədən Türkiyə bayrağının yandırılması və heyvanlarla qəddar rəftar görüntüləri yayıblar.

Bundan əlavə, C31K-nın onlayn qruplarında zorakılığa təhrik edən, hədələyici, şantaj xarakterli, təhqiramiz, qorxu və təşviş yaradan foto və videolar yerləşdirilib.

Share