ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın şimalından çıxarılır
11.09.2026Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraqın şimalındakı Kürdüstan regionundan çıxarılmağa başlayıb.
Hakimiyyet.info.az xarici mediaya istinadla xəbər verir ki, İraq Kürdüstanı regionunun daxili işlər naziri Riber Əhməd koalisiya qüvvələrinin sentyabrın sonunadək İraqı tərk etməli olduğunu və bu prosesə artıq start verildiyini bildirib.
Məlumata görə, hazırda koalisiya qüvvələrinin İraqdakı mövcudluğu Ərbil Beynəlxalq Hava Limanı ilə məhdudlaşır. 2024-cü ildə Bağdad və Vaşinqton arasında əldə olunan razılaşmaya əsasən, qüvvələrin sentyabrın 30-dək ölkədən tam çıxarılması nəzərdə tutulur.











