“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

12.09.2026 Off By Füzuli İsmayılov

“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Bu yol Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Share