Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
12.09.2026Suriyanın Hələb şəhərinin Ayn əl-Ərəb rayonunda yerləşən həbsxanada baş verən yanğın nəticəsində 7 məhbus ölüb, bir neçə nəfər isə tüstüdən zəhərlənib.
Hakimiyyet.info.az xəbər verir ki, yanğın şəhərdə ötən gün baş vermiş iğtişaşlarla əlaqədar bəzi məhbusların yaratdığı qarışıqlıq zamanı başlayıb.
İtkilərin sayının artacağı istisna edilmir.











