Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb 

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb 

12.09.2026 Off By Füzuli İsmayılov

Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib. Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share