Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

13.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 12-də saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a bildirilib ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Share