Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

13.09.2026 Off By Füzuli İsmayılov

Vanuatu sahillərində sərnişin gəmisinin batması nəticəsində 30-dan çox insan itkin düşüb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə ada dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.

Gəmidə 40-dan çox sərnişin və heyət üzvünün olduğu bildirilir. Onlardan biri ölüb, 15 nəfər isə xilas edilib. Xilasedicilər dənizdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Vanuatu Baş nazirinin ofisi qeyd edib ki, faciə heyət üzvlərinin güclü küləklə bağlı xəbərdarlıqlara məhəl qoymaması və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verə bilər.

Share