Naxçıvan şəhərində avtomobil piyadanı vurub

Naxçıvan şəhərində avtomobil piyadanı vurub

14.09.2026 Off By Füzuli İsmayılov

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 16 ünvanında qeydə alınıb. Belə ki, “BYD” markalı avtomobil yolu qarşı tərəfə keçən 1985-ci il təvəllüdlü Həsənov Zakir Eldar oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Share