Lənkəranda “Mitsubishi” və “Volkswagen” toqquşub: iki nəfər xəsarət alıb 

Lənkəranda “Mitsubishi” və “Volkswagen” toqquşub: iki nəfər xəsarət alıb 

14.09.2026 Off By Füzuli İsmayılov

Lənkəranda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mitsubishi” ilə “Volkswagen Passat” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində iki nəfər – Lənkəran rayonunun Ləj kənd sakini 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Share