Husilər Yəmənin əsas şəhəri olan Taiz şəhərinə doğru irəliləyirlər 

Husilər Yəmənin əsas şəhəri olan Taiz şəhərinə doğru irəliləyirlər 

15.09.2026 Off By Füzuli İsmayılov

Husi qüvvələri Yəmən hökumətinin nəzarətində olan Taiz şəhərinə hücuma başlayıb.

Hakimiyyət.info.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının döyüşçüləri şəhərin qərbindəki cəbhə xəttini yarmağa nail olublar.

Hökumətin əlavə qüvvələr göndərməsinə və Səudiyyə Ərəbistanının hava zərbələrinə baxmayaraq, husilərin irəliləyişini dayandırmaq mümkün olmayıb.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında münaqişə 2014-cü ildən davam edir.

Share