SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

15.09.2026 Off By Füzuli İsmayılov

Hörmüz boğazında bir neft tankeri minaya düşüb və alovlanıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəminin “Alqaya” olduğunu müəyyən edib. Yanğının qarşısının alınması cəhdləri nəticə verməyib.

SEPAH daha əvvəl gəmilərə sözügedən marşrutdan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq etdiyini bildirib.

Share