Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

15.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Share