Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub
15.09.2026Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişiklikləri olub.
Baş nazir İrakli Kobaxidze sentyabrın 15-də Maia Bitadzenin mədəniyyət naziri vəzifəsinə namizədliyini irəli sürüb.
Hakimiyyet.info.az xəbər verir ki, M.Bitadze hüquq elmləri doktoru, Tbilisi Dövlət Universitetinin dosentidir. O, 2020-ci ildən Gürcüstan Parlamentinin deputatı və parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsini tutub. M.Bitadze, həmçinin ətraf mühitin mühafizəsi nazirinin müavini və Tbilisi merinin müavini postlarında çalışıb.
Gürcüstanın keçmiş mədəniyyət naziri Tinatin Ruxadze iyulun 28-də istefa verib.
Qeyd edək ki, sentyabrın 14-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze də vəzifəsindən istefa verib. Onun yerinə DTX sədrinin müavini Tamaz Boraşvilinin namizədliyi irəli sürülüb.
Parlamentin sentyabrın 16-da keçiriləcək iclasında hər iki namizədin təsdiq olunacağı gözlənilir.











