Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlıq nəzərdən keçirilib
16.09.2026Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.











