Şahbuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
16.09.2026Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağbulaq və Gömür kəndləri arasındakı yolda qeydə alınıb. “Niva” və “Fiat” markalı avtomobillərin toqquşması nəticəsində Ağbulaq kənd sakinləri – 1993-cü il təvəllüdlü Aysel Bəylər qızı Həsənova və 1988-ci il təvəllüdlü Mədinə Vilayət qızı Həsənova xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.











